Böyük Britaniya xarici işlər naziri Liz Trass təslim olmur, sonuna qədər biabır olmağa qərar verib.
SÜLH.İNFO.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova britaniyalı nazirin açıqlamasını şərh edərkən deyib.
Qeyd edək ki, L.Trass Rusiyanın Ukrayna sərhədindən qoşunları çəkməsi gərəkdiyini bildirib. Zaxarova isə rus qoşunlarının artıq sərhəddən daimi dislokasiya məntəqələrinə çəkilməyə başladığını nəzərdə tutub (Rus qoşunlarının geri çəkildiyini Qərb liderləri təsdiqləmir - red.).
Bundan öncə isə nazir Rostov və Voroneji Rusiya bölgəsi hesab etmədiyini bildirərək, daha bir skandala imza atmışdı.