​Rumıniyada NATO-nun döyüş qrupu yerləşdirilir

​Rumıniyada NATO-nun döyüş qrupu
19:00 16.02.2022
256 Dünya
A- A+

Bu gün Brüsseldə NATO-nun müdafiə nazirlərinin iclası baş tutub.

Sülh.info.az xəbər verir ki, Alyansın Baş katibi Yens Stoltenberq iclasın birinci gününün yekunlarına dair mətbuat konfransı keçirib.

O bildirib ki, nazilər Rumıniyada yeni döyüş qrupu yerləşdirmək barədə qərar qəbul edib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq qeyd edib.