​Narahatlığımız artıb, eskalasiya görürük - ABŞ

​Narahatlığımız artıb, eskalasiya görürük -
11:40 17.02.2022
244 Dünya
A- A+

Rusiyanın sərhəddən qoşunları çıxardığını elan etməsinə baxmayaraq, ABŞ-ın Ukrayna ilə bağlı narahatlığı zərrə qədər azalmayıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.

Prays qeyd edib ki, Vaşinqton deeskalasiya əlamətləri görmür:

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, bizim narahatlığımız zərrə qədər azalmayıb. Əslində, hələ deeskalasiya görmədiyimizi nəzərə alsaq, narahatlığımız artmaqda davam edir. Əslində eskalasiya görürük”.