​İsmayıllıda minik və yük maşınları toqquşub, ölən var

​İsmayıllıda minik və yük maşınları toqquşub,
20:00 17.02.2022
263 Hadisə
A- A+

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sülh.info.az xəbər verir ki, bu gün axşam saat 18:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllı şəhəri ərazisində "QAZ-3110" və ""KamAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada keçinib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)