​Dağıstanın baş naziri istefa VERDİ

​Dağıstanın baş naziri istefa
22:00 17.02.2022
268 Dünya
A- A+

Dağıstanın rəhbəri Sergey Melikov Abdulpatax Əmirxanovun respublika hökumətinin başçısı vəzifəsindən istefa verməsi haqqında fərman imzalayıb.

Sülh info.az xəbər verir ki, Əmirxanov istefa ərizəsini öz xahişi ilə verib.

Eyni fərmanla hökumətin sədri vəzifəsinin müvəqqəti icra edilməsi Əbdülmüslim Əbdülmüslimova həvalə edilib.

Qeyd edək ki, Əmirxanov 2020-ci ilin dekabrından Dağıstanın Nazirlər Kabinetinə rəhbərlik edir. Əbdülmüslimov 25 iyul 2019-cu ildən vilayət hökuməti sədrinin müavini vəzifəsində çalışıb.