​Azərbaycan cüdoçusu qızıl medal QAZANDI

​Azərbaycan cüdoçusu qızıl medal
18:20 18.02.2022
287 İdman
A- A+

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

SÜLH.İNFO.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. 

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub. 

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.