​Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb

​Şəki sakini ehtiyatsızlıqdan tanışını
11:40 19.02.2022
269 Hadisə
A- A+

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.