Xəbər verdiyimiz kimi, dünən Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmamələyevə həvalə edib.
A.İmaməliyev Aparat rəhbərinin əvəzi vəzifəsini icra edəcək.