​Bağırsaq xərçənginin 10 əlaməti

​Bağırsaq xərçənginin 10
12:20 21.02.2022
A- A+

Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağırsağın xoşxassəli törəməsidir, lakin sonradan bədxassəliyə çevrilə bilər.

SÜLH.İNFO.az Medicina.az-a istinadən Azərbaycanda son illər çox diaqnoz olunan bağırsaq xərçənginin yaranma səbəblərini təqdim edir:

- Genetik irsi amillər. Nənə-baba, valideynlərdə bağırsaq polip və şişləri varsa, uşaqlarda yaranma riski 50%-dən çoxdur

- Bağırsaqlarda illərlə davam edən kolit, Kron xəstəliyi, iltihabi proseslər

Bağırsaq onkologiyasının əlamətləri:

- Qarında yayılmış ağrılar

- İştahanın kəsilməsi

- Ət yeməkdən imtina

- Diareya və qəbizliyin uzun müddət davam etməsi

- Nəcisdə və anusda qan izləri

- Nəcisin qara rəng alması

- Hərarətin səbəbsiz yüksək olması

- Qanazlığı

- Bədəndə halsızlıq, başgicəllənmə

Müayinə üçün:

- Qastroenteroloq

- Düz bağırsaq yoxlanılır

- Kolonoskopiya – bütün bağırsaq sistemini yoxlamağa imkan verir

- Bağırsaq rentgeni

- KT vasitəsilə şişin yeri və figər orqanlara metastazını aydınlaşdırmaq olur

- Nəcis analizi.