Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev vəzifəsindən azad edilib.
SÜLH.İNFO.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, o, BDYPİ-nin rəis müavini təyin olunub.
DİN mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.