​Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

​Şəhriyar Məmmədyarov Aronyanla
11:20 22.02.2022
320 İdman
A- A+

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində növbəti görüşünü keçirib.

SÜLH.İNFO.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XI turda ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda 10 xalla 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb.