​Ərdoğan Afrika ölkələrinə səfərini yarımçıq saxlayıb

​Ərdoğan Afrika ölkələrinə səfərini yarımçıq
19:20 22.02.2022
261 Dünya
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılacaq.

Sülh.info.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri buna görə Qvineya-Bisauya səfərini təxirə salıb.
Qeyd edək ki, Prezident Ərdoğan 20-22 fevral tarixlərində Konqo Demokratik Respublikasına, Seneqala səfər edib. O, bundan sonra Qvineya-Bisauya səfər etməli idi.