​Bayden Rusiyaya qarşı sanksiyalardan danışdı

​Bayden Rusiyaya qarşı sanksiyalardan
12:20 23.02.2022
267 Dünya
A- A+

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi qərarını açıqlayıb.

SÜLH.İNFO.az xəbər verir ki, o, belə bir addımı Rusiya Federasiyasının “DXR” və “LXR” adlanan qurumları tanımaq qərarından sonra atıb.

Amerika liderinin sözlərinə görə, bu, ilk sanksiyalar paketidir və Rusiya təcavüzünü davam etdirsə, onlar daha da sərtləşəcək.

Sanksiyalar 23 fevraldan etibarən iki ən böyük maliyyə qurumu - VTB Bank və Hərbi Banka, Rusiyanın suveren borcuna, eləcə də qondarma respublikaların tanınmasında iştirak edən şəxslərə və onların ailə üzvlərinə şamil olunub.