​Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs olundu

​Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi
20:00 23.02.2022
348 Hadisə
A- A+

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə SÜLH.İNFO.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, fevralın 21-də Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.

Bizim Facebook səhifəmizə abunə olun