​Türkiyə Yunanıstana nota verdi

​Türkiyə Yunanıstana
23:59 23.02.2022
251 Dünya
A- A+

Türkiyə Egey dənizində türkiyəli balıqçılara qarşı hücuma etiraz olaraq Yunanıstana nota verib.

SÜLH.İNFO.az  “TRT Haber”ə istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Yunanıstanın Türkiyədəki səfirliyinin müşaviri Xarici İşlər Nazirliyinə çağırılıb və ona “qeyri-mütənasib güc tətbiqinə etiraz edən” nota təqdim edilib.

Bildirilib ki, balıqçı qayıqlarına edilən müdaxilə və təzyiqlər bir daha təkrarlanmamalıdır.

Xatırladaq ki, Yunanıstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları fevralın 22-də Türkiyənin balıqçı qayıqlarına atəş açıblar, nəticədə bir nəfər Türkiyə vətəndaşı yaralanıb.