​Zelenski Kiyevdən təxliyə olunur? - ABŞ açıqladı

​Zelenski Kiyevdən təxliyə olunur? -
11:40 24.02.2022
290 Dünya
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenskiyə guya paytaxtı tərk etməyi məsləhət görməyimizlə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Zelenski paytaxtdadır və ölkəsini idarə edir.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki Ukrayna liderinin Kiyevdən mümkün təxliyəsi ilə bağlı məlumatları şərh edərkən deyib.

“Təhlükəsizlik məsələlərinə dair danışıqlar və əlaqələrimizin detallarını açıqlamayacağam. Zelenski Kiyevdədir və ölkəsini idarə etməyə davam edir”, - deyə Psaki bildirib.

Qeyd edək ki, bəzi ABŞ nəşrləri Donbasdakı gərgin vəziyyətdən dolayı Vaşinqtonun Zelenskiyə Kiyevdən Lvova köçməyi tövsiyə etməsi barədə məlumatlar yaymışdı.