​Rusiyanın 24 şəhərində müharibə əleyhinə mitinqlər keçirildi - VİDEO

​Rusiyanın 24 şəhərində müharibə əleyhinə
23:40 24.02.2022
255 Dünya
A- A+

Bu gün Rusiyanın 24 şəhərində müharibə əleyhinə mitinqlər keçirilib.

SÜLH.İNFO.az "Dojd" telekanalına istinadən xəbər verir ki, aksiyalar zamanı 167 etirazçı saxlanılıb.

Yekaterinburqda müharibə əleyhinə aksiyada 60-dan çox nümayişçinin saxlanıldığı bildirilir.

Məlumata görə, Moskvanın Puşkinskaya meydanında və Sankt-Peterburqun müxtəlif yerlərində də piketlər keçirilib. Fəallar meydana “Müharibəyə yox” plakatları ilə çıxıb və oxşar şüarlar səsləndiriblər.