​Ukrayna kişilərin ölkəni tərk etməsinə icazə VERMƏYƏCƏK

​Ukrayna kişilərin ölkəni tərk etməsinə icazə
13:00 25.02.2022
283 Dünya
A- A+

Rusiyanın Ukraynaya hücumlarından sonra ölkədəki mülki insanlar ölkəni və sıx şəhərləri tərk etməyə başlayıb. 

Unikal xəbər verir  ki, buna  baxmayaraq Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov 18-60 yaş arası kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcəyini açıqlayıb.

Menşikov ölkədə elan edilən hərbi vəziyyət qaydalarını xatırladaraq, “18-60 yaş arası kişilər buraxılmayacaq. Xahiş edirəm panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”,  - deyə  bildirib. 

Qeyd edək ki,  Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra bütün Ukrayna vətəndaşlarına silah paylanacağını açıqlayıb.