​Ruslar Ukraynanın hərbi maşınlarını ələ keçirib Kiyevin mərkəzinə doğru gəlir

​Ruslar Ukraynanın hərbi maşınlarını ələ keçirib Kiyevin mərkəzinə doğru
13:40 25.02.2022
281 Dünya
A- A+

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin iki avtomobilini ələ keçirib.

Unikal xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Facebook" səhifəsində bildirib. 

O, qeyd edib ki, ruslar "Ukrayna hərbçilərinin uniformasına keçib və Obolondan yüksək sürətlə Kiyevin mərkəzinə doğru hərəkət edirlər. Onların ardınca rus hərbi yük maşınlarının kolonu gəlir.

Onlar mütləq zərərsizləşdiriləcəklər".