Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova İnstaqram səhifəsində “Müharibəyə yox” sözləri ilə hekayə dərc edib.
SÜLH.İNFO.az “Znak.com”a istinadən xəbər verir ki, Peskova ona və ailəsinə qarşı yazılanlara görə şərhləri bağlamaq məcburiyyətində qalıb.
Qeyd edək ki, hazırda Y.Peskovanın İnstaqram səhifəsində həmin hekayə görünmür.
Xatırladaq ki, fevralın 24-də Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib.