​Cahit Bağçı: "Qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir"

​Cahit Bağçı:
12:40 26.02.2022
273 Siyasət
A- A+

"Bu gün Xocalı şəhidlərini anmaq və qardaşlarımızın kədərini paylaşmaq üçün buradayıq".

SÜLH.İNFO.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir: "Xocalıda 613 qardaşımız vəhşicəsinə qətlə yetirilib. Bu qətliamlar zamanı 4 000-ə yaxın insanın taleyi barədə hələ də məlumat yoxdur. Dünya bu qətliyamlara qarşı kar və kor olub. Beynəlxalq hüquq işləməyib. BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməyib. Amma Azərbaycan 44 günlük müharibə ilə zəfər qazandı".

Səfir qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri irəli səviyyədədir: "İki dövlət bir millət deyərək Azərbaycanla tək ürək olduq. Biz hər zaman Xocalını anmalı və heç vaxt unutmamalıyıq".(report)