​Rusiya Azərbaycana uçuşların sayını artırır

​Rusiya Azərbaycana uçuşların sayını
14:00 26.02.2022
293 Toplum
A- A+

Martın 14-dən etibarən Rusiya 16 ölkəyə, o cümlədən Azərbaycana müntəzəm uçuşların sayını artırır.

SÜLH.İNFO.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə federal operativ qərargahda məlumat verilib.

Bildirilib ki, Moskva-Bakı marşrutu üzrə reyslərin sayı həftədə 14-dən 28-ə, beynəlxalq uçuşların bərpa olunduğu Rusiyadakı məntəqələrdən Azərbaycandakı məntəqələrə isə hər marşrut üzrə uçuşların sayı həftədə 1-dən 4-ə çatdırılacaq.