​Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv OLUNDU

​Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv
18:20 02.03.2022
246 Dünya
A- A+

Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

"Artıq açıq yerlərdə maska ​​taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska ​​taxılmayacaq", - nazir qeyd edib.

Koca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa tutulan şagirdin təcrid olunacağını bildirib.