​Rusiyadan Ukraynaya döyüşməyə gələn xarici vətəndaşlara XƏBƏRDARLIQ

​Rusiyadan Ukraynaya döyüşməyə gələn xarici vətəndaşlara
19:00 03.03.2022
312 Siyasət
A- A+

Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

SÜLH.İNFO.az  Rusiya MN-ə istinadən xəbər verir ki, hərbi attaşeyə Ukraynaya Polşa vasitəsi ilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.
Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyəti batalyonların tərkibinə daxil olub: “Ukraynaya gələn əcnəbi muzdulular Rusiya texnikası kolonuna diversiya və hücumlar törədir. Bütün bu hücumlar Qərbin Ukraynaya verdiyi silahlar - ABŞ-ın Javelin, Böyük Britaniyanın NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir”.

Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukraynaya gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: “Kiyevin milliyyətçi rejimi üçün Ukraynana gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə bu barədə düşünməyə çağırırıq”.