"YouTube" videohostinqi Rusiyalı jurnalist Vladimir Solovyovun "Solovyev Live" kanalını bloklayıb.
SÜLH.İNFO.az xəbər verir ki, səhifəyə daxil olmaq istəyərkən istifadəçilər "Bu hesab "YouTube"un icma qaydalarını pozduğuna görə dayandırılıb" sözləri ilə mesaj görür.
"Vladimir Solovyovla axşama" kanalı da silinib.
Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.