​Putin Almaniya kansleri ilə müzakirə APARDI

​Putin Almaniya kansleri ilə müzakirə
18:20 09.03.2022
317 Dünya
A- A+

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.

SÜLH.İNFO.az xəbər verir ki, Putin və Şolts Ukraynadakı əməliyyatı müzakirə ediblər.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin humanitar aspektlərini, Rusiya və Ukrayna arasındakı danışıqların üçüncü raundunun yekunları da daxil olmaqla, siyasi-diplomatik səyləri müzakirə ediblər.

Putin Şoltsa Ukraynada humanitar dəhlizlərin təşkili ilə bağlı tədbirlər və silahlıların insanların təhlükəsiz təxliyəsinə mane olmaq cəhdləri barədə məlumat verib.