​Ermənilərin yaydığı xəbərlər təxribatdır - Müdafiə Nazirliyindən AÇIQLAMA

​Ermənilərin yaydığı xəbərlər təxribatdır - Müdafiə Nazirliyindən
09:40 10.03.2022
297 Ölkə
A- A+

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bu barədə SÜLH.İNFO.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir", - nazirlikdən əlavə ediblər.