Şəmkir rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, rayonun Qapanlı kəndində ümumi sahəsi 169 m² olan birmərtəbəli evin mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.