​Ukrayna Təhlükəsizlik Xidmətinin binası raketlə vuruldu

​Ukrayna Təhlükəsizlik Xidmətinin binası
11:48 11.03.2022
288 Dünya
A- A+

Rusiya ordusu Xarkov yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin binasını raketlə vurub.  

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Çuqev şəhərində yerləşən Ukrayna Təhlükəsizlik departamentini hədəf alaraq raket hücumu həyata keçiriblər.

Bildirək ki, bu gün Ukrayna mediası daha bir neçə mühüm obyektin raketlə dağıdılması barədə məlumat yayıb.