​Meksikada toqquşma: 5 dəstə üzvü öldürüldü

​Meksikada toqquşma:
13:20 11.03.2022
303 Dünya
A- A+

Meksikada narkotik kartelləri arasında baş verən qarşıdurmada 5 dəstə üzvü həyatını itirib.

SÜLH.İNFO.az xəbər verir  ki, Miçoakan ştatının polisi, ştatın Nuevo Paraqarikutiroda bölgəsində hökmranlıq uğrunda mübarizə aparan iki kartel arasında qarşıdurma olduğunu açıqlayıb. 

Polis hadisə yerində 5 meyit tapdıqlarını və münaqişə ilə əlaqədar 32 şübhəlinin nəzarətə alındığını bildirib.Sosial mediada yayılan görüntülərdə Nuevo Paraqarikutiroda baş verən qarşıdurmada avtomatik silahlardan istifadə edilib.