​Barak Obama koronavirusa yoluxdu

​Barak Obama koronavirusa
09:40 14.03.2022
A- A+

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb və onda xəstəliyin yüngül simptomları var.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədəki hesabında yazıb: "Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm" , - Obama "Twitter"də yazıb.

Amerika administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, həyat yoldaşı Mişelin analiz nümunələri mənfi çıxıb, hər ikisi də əvvəllər təkrar peyvənd olunublar.

Xatırladaq ki, Obama ABŞ-ın 44-cü prezidentidir, o, 2009-2016-cı illərdə vəzifədə olub. Prezident seçkilərində qalib gəlməzdən əvvəl o, İllinoys ştatından ABŞ senatoru olub.