​Lənkəranda maşın ağaca çırpılıb, ölən var

​Lənkəranda maşın ağaca çırpılıb,
16:00 14.03.2022
273 Hadisə
A- A+

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, martın 13-də saat 19 radələrində Lənkəran rayonunun Zövlə kəndi ərazisində C.Salahlı idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobildəki sərnişin - Elvin Qurbanov xəstəxanaya aparılarkən yolda ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.