Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası başlayıb.
Unikal xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsidir.
Toplantıda hökumət üzvləri də iştirak edirlər.