​"NATO öz sərhədlərində vəziyyətə nəzarət edir" - Baş katib

​
19:00 15.03.2022
324 Dünya
A- A+

"Alyans öz sərhədlərində vəziyyətə nəzarət edir".

SÜLH.İNFO.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynadakı vəziyyətlə bağlı brifinq zamanı deyib.

Jurnalistlərin NATO-nun müəyyən “qırmızı xətlərinin” olub-olmaması ilə bağlı sualına cavab olaraq baş katib bildirib ki, alyans hazırda Rusiya-Ukrayna müharibəsinin cəbhə xəttinin təşkilata nə qədər yaxın olduğunu və müəyyən insidentlərin baş verə biləcəyini anlayır.