​Avropanın ən böyük stadionunun adı dəyişdirilir

​Avropanın ən böyük stadionunun
16:40 16.03.2022
268 Ölkə
A- A+

"Barselona"nın stadionunun adı "Spotify" şirkəti ilə sponsorluq müqaviləsinə görə dəyişilir. 

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək və 4 il davam edəcək. 

Müqaviləyə əsasən, növbəti mövsümdən "Barselona"nın "Nou Kamp" stadionu "Spotify Nou Kamp" adlandırılacaq. 

Qeyd edək ki, 1957-ci ildə tikilən "Nou Kamp" 99 min 354 tamaşaçı tutumuna malikdir.