Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.
SÜLH.İNFO.az xəbər verir ki, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri və dostları, mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.