​Azərbaycan çempionu Tokio olimpiadasının iştirakçısı oldu - Foto

​Azərbaycan çempionu Tokio olimpiadasının iştirakçısı oldu -
10:00 17.03.2022
265 İdman
A- A+

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci günündə çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib.

SÜLH.İNFO.az xəbər verir ki, böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu olub. Arzu Cəlilova yarışı gümüş, İlona Zeynalova isə bürünc medalla başa vurublar.

2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində Mədinə Dəmirova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Gövhər İbrahimova gümüş, Məryəm Əliyeva isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent) final mərhələsi bu gün baş tutacaq.