​Mahir Quliyevə hökm oxundu

​Mahir Quliyevə hökm
21:00 18.03.2022
265 Hadisə
A- A+

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 
SÜLH.İNFO.az xəbər verir ki, Trend-in məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.
 
 
Vəkil çıxışında təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib.
 
 
Mahir Quliyev də son sözündə vəkilin çıxışını müdafiə edib.
 
 
 
Hökmə əsasən, Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.
 
Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.