​Cəlilabadda avtomobillər qarda batıb

​Cəlilabadda avtomobillər
09:40 21.03.2022
116 Hadisə
A- A+

Cəlilabadda 5 avtomobil qarda batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SÜLH.İNFO.az-a verilən məlumata görə, hadisə rayonunun Kövüzbulaq kəndində qeydə alınıb.

İçərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.