​Şəmkirdə silahdan atəş açıldı, xəsarət alan var

​Şəmkirdə silahdan atəş açıldı,
12:40 21.03.2022
157 Hadisə
A- A+

Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılmış, ondan “İJ” markalı ov tüfəngi götürülüb.