​Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb

​Cinayətdə şübhəli bilinən
13:00 21.03.2022
328 Hadisə
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.