​Paytaxtda evlərdən 5500 manatlıq oğurluq olub

​Paytaxtda evlərdən 5500 manatlıq
15:20 21.03.2022
178 Hadisə
A- A+

Bakıda evlərdən 5500 manatlıq oğurluq edən şəxs tutulub.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən 500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Cavadov saxlanılıb.