​Sabirabadda yol qəzası, ölən var

​Sabirabadda yol qəzası,
16:20 21.03.2022
195 Hadisə
A- A+

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

SÜLH.İNFO.az DİN-in saytına istinadən xəbər verir ki, martın 20-də saat 1 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində kənd sakini R.Abışov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı daş hasara vurub.

Nəticədə sürücü və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Günay Abışova adlı sərnişin orada ölüb.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.