​Tunisdə qatarlar toqquşdu: 95 nəfər xəsarət alıb

​Tunisdə qatarlar toqquşdu:
18:00 21.03.2022
172 Dünya
A- A+

Tunisdə şəhərlər arasında hərəkət edən iki qatarın toqquşması nəticəsində 95 nəfər xəsarət alıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Tunis Mülki Müdafiə İdarəsinin sözçüsü Muaz Teria açıqlama yayıb.  Onun sözlərinə  görə, səhər saatlarında paytaxt Tunisin cənubunda iki qatarın toqquşması nəticəsində 95 nəfərin yaralanıb.  

Qəzada can itkisinin olmadığını bildirən Teria, "Yaralıların hamısı paytaxt Tunisdəki xəstəxanalara sövq edilib. Tunis Dəmir Yolları şirkəti qəzanın səbəbi ilə bağlı araşdırma başladıb",  - deyə qeyd edib.