​Maşını divara vurdu, qadın öldü

​Maşını divara vurdu,
21:40 21.03.2022
136 Hadisə
A- A+

Sabirabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN Mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, hadisə martın 20-də saat 1 radələrində rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.

Kənd sakini R.Abışov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Nəticədə sürücü və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Günay Abışova adlı sərnişin orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.