​"Biz Rusiyanın kiberhücumlarını dəf edəcəyik" - Bayden

​
23:20 21.03.2022
136 Dünya
A- A+

"Rusiya tətbiq olunan iqtisadi sanksiyalara cavab olaraq Birləşmiş Ştatların kritik infrastrukturlarına kiberhücum edə bilər".

SÜLH.İNFO.az   xəbər verir ki, bunu  ABŞ prezidenti Co Bayden deyib. 

ABŞ-ın kritik infrastrukturlarına kiberhücum edə biləcəyi barədə xəbərdarlıq etdiyini xatırladan Bayden, “Bu gün mənim administrasiyam kəşfiyyat məlumatlarına əsaslanaraq bu xəbərdarlığı təkrarlayıram. Rusiya hökuməti mümkün kiberhücumlar həyata keçirə bilər”,  - deyib.  

Vəzifəyə gəldiyi ilk gündən ölkənin kiber təhlükəsizliyini gücləndirmək üçün addımlar atdıqlarını və dövlət-özəl tərəfdaşlıq qurduqlarını ifadə edən Bayden, “Mənim administrasiyam hücumları dəf etmək, qarşısını almaq və lazım gələrsə cavab vermək üçün əlində olan hər vasitədən istifadə edəcək", - deyə bildirib.