​Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını AÇIQLADI

​Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını
11:20 22.03.2022
140 Dünya
A- A+

Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilər haqqında yenilənmiş məlumatını təqdim edib.

Bu barədə SÜLH.İNFO.az Ermənistan mətbuatına istinadən xəbər verir. Komitənin ən son məlumatına görə, müharibə nəticəsində həlak olanların sayı 3 822 nəfərdir.

İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib. Ermənistanın ictimai qurumları və müxalifəti bu rəqəmin həqiqəti əks etdirmədiyini, ölənlərin sayının açıqlanan göstəricidən çox olduğunu iddia edir.