​Güclü külək Gəncə gerbini sındırdı - Foto

​Güclü külək Gəncə gerbini sındırdı -
16:00 22.03.2022
169 Toplum
A- A+

Gəncə şəhərində güclü külək Qala divarları kompleksi üzərindəki gerbi sındırıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a şəhər sakinləri məlumat verib.

Onların sözlərinə görə, güclü külək nəticəsində Qala divarının üstündə quraşdırılan Gəncə gerbi aşaraq sallanmış vəziyyətdə qalıb.

Sakinlər bildirib ki, dörd gün öncə baş verən bu hadisədən sonra müvafiq qurumlar gerbi hələ də təmir etməyib.