​20 yaşlı gənci qatar vurub ÖLDÜRDÜ

​20 yaşlı gənci qatar vurub
18:40 22.03.2022
178 Hadisə
A- A+

Kürdəmirdə ötən gecə 20 yaşlı gənci qatar vurub.

SÜLH.İNFO.az  xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Elgün Bünyəd oğlu Quliyev kəndin ərazisində dəmir yolundan keçmək istəyərkən onu qatar vurub. Gənc elə hadisə yerində ölüb.

Onun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Azərtac)