​Su basmış ərazilərdəki son durum - Video

​Su basmış ərazilərdəki son durum
22:00 22.03.2022
202 Sosial
A- A+

Fövqəladə Hallar Nazirliyi yağan yağışlar nəticəsində su basmış ərazilərdəki vəziyyətlə bağlı açıqlama yayıb.

SÜLH.İNFO.az-a daxil olan məlumatda qeyd edilir ki, intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, gün ərzində FHN-in qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.